Qubada üzgüçülük üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində məlumat verir.

Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru macar mütəxəssis İvan Petrov da olub. O, milli komandanın baş məşqçisi ilə birgə məşq prosesini izləyib, üzgüçülərimizin peşəkarlığının artırılması məqsədilə həm məşqçilər, həm də idmançılar üçün seminar-treninqlər keçirib.

“Bu gün Azərbaycanda su idman növləri üzrə artıq yeni gənc nəsil yetişməkdədir. Artıq bacarıqlı idmançıların sayı artdıqca milli komandanın tərkibinin yenidən formalaşdırılmasına da ehtiyac duyulur. Bu gün Qubada biz həm də məşqçilərin və idmançıların peşəkarlıqlarının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik” – İvan Petrov  bildirib.