Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) “Analıq məktəbi” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində məlumat verir.
Təlim Quba Regional Perinatal Mərkəzin rəhbəri Şəhla Həsənova tərəfindən təşkil olunub. Burada Ailə Sağlamlıq Mərkəzinin (ASM ) və kənd tibb məntəqələrinin mamaları iştirak ediblər.
Kənd mamalarına hamiləliklərin erkən qeydə alınması haqqında təlimatlar verilib. Sonda onların bilik səviyyəsi pretest və posttest vasitəsi ilə qiymətləndirilib.
Görülən bu işlərin əsas məqsədi hamilə qadınlar arasında maarifləndirmə işinin genişləndirilməsi, hamiləliklərin daha sağlam və güvənli keçməsini təmin etməkdir.