Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz rayon qeydiyyatında olan vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 7 noyabr tarixində adıçəkilən idarəyə istinadən məlumat verir.
Görüş noyabrın 14-ü saat 11:00-da 6 nömrəli tam orta məktəbdə baş tutacaq.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər https://edu.gov.az/az/contact_us keçidindən istifadə etməklə və ya Xaçmaz rayonu üzrə təhsil sektoruna (050 543 45 32) müraciət etməklə qeydiyyatdan keçməlidirlər.
Qəbul zamanı şəxsiyyət vəsiqəsi təqdim etmək lazım olacaq.