Qubadan olan iş adamı şəxsi təyyarəsi ilə Azərbaycana gəlib. Bu haqda ShimalNews 7 noyabr tarixində Duz TV-yə istinadən məlumat verir.

Məlumata görə, Qod Nisanovun sabah Xankəndidə keçiriləcək Zəfər paradına qatılacağı gözlənilir.

Qod Semyonoviç Nisanov Quba rayonunun Qırmızı Qəsəbəsində 24 aprel 1972-ci ildə anadan olub. O, Rusiyanın ən varlı iş adamlarından biridir. O, 2007-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

Hazırda Nisanova “Kiyevskaya ploşad” Şirkətlər Qrupu, “Moskva” avtomobil Ticarət Mərkəzi, “Radisson Collection Hotel Moscow” (“Ukrayna”) hoteli, “Evropeyski”  Ticarət Mərkəzi, “Radisson Royal” flotiliyası və s. məxsusdur. Onun rəhbərlik etdiyi şirkətlərdə 26 mindən artıq işçi çalışır.