Bu gün Qubada mərkəzi yolların birində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə ShimalNews-a 7 noyabr tarixində məlumat daxil olub.

M.P.Vaqif küçəsindən (“Eko” marketin qarşısından) Şəhidlər xiyabanına qədər saat 15:00-dan 16:00-dək yol bağlı olacaq. Buna səbəb Zəfər Günü ilə əlaqədar velosiped yürüşünün keçirilməsidir.