İsmayıllı rayonunun Qalınçaq kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 7 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 60 kv.m olan tövlə və onun daxilinə yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.
Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.