Xaçmaz rayon sakini ağır yol-nəqliyyat hadisəsındə dünyasını dəyişib. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.
Hadisə Şabran rayonunda baş verib. Ağalıq kəndində 59 yaşlı Nigar Səfərəliyeva toy məclisindən çıxıb və “VAZ” markalı avtomobil onu vurub. Qadın yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.