Xaçmazda 62 yaşlı qadını öldürən şəxs həbs edilib. Bu haqda ShimalNews 6 noyabr tarixində Report-a istinadən məlumat verir.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oktyabrın 21-də Şahin Əhmədovun mərhum Mafizə Şirinbalayeva ilə aralarında mübahisə baş verib. Bu hal onun qadına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr yaradıb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb, Şahin Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha öncə Əhmədovun saxlanılması bərədə məlumat vermişdik.