Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar məktəblilər üçün tədbir təşkil olunub. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.
Tel bulağı adlanan ekoturizm marşrutunda uşaqlara xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parkın biomüxtəlifliyi barədə məlumatlar verilib.