Xaçmaz Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderin nəticələri elan edilib. Bu haqda ShimalNews 6 noyabr tarixində FED.az-a istinadən məlumat verir.
“CTC Servis” MMC şirkəti “KH-13-1 Pirqulu oba torpaq məcralı kanalın beton üzlüklə üzlənməsi və qurğuların əsaslı təmiri (PK00+00: PK15+00) (L=1500m, b=0.4m, h=0.6m, m=1.25m)” tenderinin qalibi olub. Onunla 149.500 manatlıq müqavilə imzalanacaq.