Xaçmaz məktəbliləri üçün “Bəşəriyyətin bəlası narkomaniya” mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 6 noyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Çarxı kənd tam orta məktəbində narkomaniyanın artan trayektoriya ilə təzahür etməsinin qarşısının alınması zərurətindən danışılıb. Polis kapitanı Cahangir Ağayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Ağahüseyn Əzizov və polkovnik-leytenant Rəfael Cəfərov narkomaniyanın törətdiyi fəsadlar haqqında gənclərə məlumat veriblər.
Maarifləndirici tədbirdə 35 nəfər IX-XI sinif şagirdləri iştirak ediblər.