Zəfər Günü münasibətilə Quba “ASAN Xidmət” Mərkəzinin kinoklubunun qarşısında tədbir təşkil olunacaq. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.
Noyabrın 8-i saat 17:00-da Quba Rayon İcra Hakimiyyəti tədbir təşkil edəcək. Respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirakı ilə konsert proqramı və atəşfəşanlıq olacaq.
Qələbənin sevincini bölüşmək üçün hər bir rayon sakini tədbirə dəvətlidir.