Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.

Qusarçay kəndində “Opel” markalı minik avtomobili idarəetməni itirərək ağaca çarpılıb. Nəticədə 1 nəfər avtomobildə dünyasını dəyişib.

Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan cəsədi çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.