İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin qarşısında qaçış yarışı təşkil olunub. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.

Tədbir noyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Burada yerli sakinlərlə yanaşı, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Şamaxı, Neftçala, Göyçay rayonlarından qatılan iştirakçılar olub. Ümumilikdə 300 nəfərin 7 yaş kateqoriyası üzrə müxtəlif məsafələrə qaçışında qaliblər müəyyənləşiblər.

Sonda qaliblərə mükafatlar təqdim olunub.