İsmayıllı rayonunda pəhləvanlıq sənəti üzrə çıxışlar göstərilib. Bu haqda ShimalNews 6 noyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Diyallı kəndində baş tutan tədbir 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunub. İştirakçılara Çingiz Əhmədovun təqdimatında nümunəvi çıxışlar göstərilib. Daha sonra 44 günlük Vətən müharibəsinin iştirakçısı, İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin gənclərin çağrışaqədərki hazırlığı rəhbəri Altay Pənahov keçdiyi döyüş yolundan, cəbhə təəssüratlarından danışıb.