1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanmışdır. Bununla əlaqədar həmin gün Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarixdə ilk dəfə radiostansiya qurularaq istismara verilmişdir.

Radionun ilk azərbaycanlı kişi diktoru İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Raya İmanzadə olub. Şimal zonasından isə Azərbaycanın tanınmış diktorlarından qubalı diktor Aydın Qaradağlının adını çəkmək olar.

Aydın Qaradağlı diktorlar arasında ilk dəfə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adına layiq görülüb və “qızıl səsli sənətkar” kimi yaddaşlarda həkk olunub. Ümummilli lider Heydər Əliyevin xüsusi göstərişi ilə onun çıxışları efirə yalnız Aydın Qaradağlının səsi ilə verilirdi.