Qusarda ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 5 noyabr tarixində RİH-yə istinadən məlumat verir.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Qusar-Əniq-Ləzə, Qusar-Xudat, Qusar-Həzrə və rayondaxili digər avtomobil yollarının kənarlarında, Qusar şəhəri ərazisində, “Şahdağ” Turizm Kompleksinin girişində və ictimai binaların ətrafında ümumilikdə 3600 ədəd, o cümlədən 400 ədəd həmişəyaşıl və 3200 ədəd yerli ağac növlərindən olan tinglər əkilib.
Aksiya zamanı, həmçinin əvvəlki illərdə əkilmiş və qurumuş ağaclar yeniləri ilə əvəz olunub, budama, suvarma və digər aqrotexniki tədbirlər icra olunub.