Xaçmazda öldürülən kişi illə bağlı əlavə məlumatlar təsdiqlənib. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.
Noyabrın 3-ü evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti aşkar edilmişdir. Həmin şəxs 57 yaşlı Rasim Hacıyevdir.
Polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. Nəticəsində qətl törətməkdə şübhəli bilinən 61 yaşlı Faiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.