Xaçmazı təmsil edən basketbol klubu “NTD-INDIGO” 2-ci turu təxirə salıb. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.

Azərbaycan Basketbol Liqasının “NTD-INDIGO” və “Sabah” komandaları arasında oyun 5 noyabr tarixində baş tutmalı idi. Klubumuzun müraciəti və rəqibinin razılığı əsasında tarix dəyişdirilib.

Görüşlə bağlı əlavə məlumat daha sonra veriləcək.