Qusar rayonu ərazisində yerləşən Şahdağa qar düşüb. Bu barədə ShimalNews 4 noyabr tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bu gün saat 09:00-a olan məlumata əsasən, Şahdağın qar yağıb. Düşən yağıntının miqdarı Quba, Qusar, Şahdağda 2 mm-dək olub.

Hazırda Qusar və Qubada duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.