Sabah Quba rayonundan olan şəhid Tapdıq Bayramovun 40 mərasimi keçiriləcək. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.
Məclis noyabrın 5-i şəhidin Quba Şəhidlər xiyabanındakı məzarının ziyarətindən başlayacaq. Daha sonra – saat 09:00-da şəhidin doğulduğu Qonaqkənd qəsəbəsində davam edəcək. Mərasimə hər kəs dəvətlidir.
Tapdıq Bayramov Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə uçalıb.