Quba Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin səyyar qəbulunu Amsar kəndində keçirib. Bu haqda ShimalNews 4 noyabr tarixində quruma istinadən məlumat verir.

Görüşdə rayonun polis şöbə rəisi, prokuroru, Ağsaqqallar Şurasının sədri, bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.