Quba şəhərində quruculuq işləri aparılır. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.
Proses Heydər Əliyev prospektində həyata keçirilir. Yolun hər iki hissəsində yerləşən hasarların bir hissəsi bərpa edilir, digər hissəsi isə yenidən tikilir. İşlər Quba Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən görülür.
Bundan əlavə, prospekt boyu yararsız hala düşmüş plakatlar ərazidən yığışdırılır.
Daha öncə Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində dağılmış hasar haqda məlumat vermişdik.

