İsmayıllıda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 4 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Təşkil olunan silsilə tədbirlər çərçivəsində ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü, dekorativ gözəlliyə malik 1200 ədəd ağac əkilib.
Rayonumuzda yaşıl guşələrin genişləndirilməsi, müasir parklar, yeni yaşıllıq zolaqları salınması kimi ekoloji siyasət uğurla həyata keçirilir.