Muğanlı-İsmayıllı-Qəbələ yolunun üzərindəki tunelin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.

Yeni qurulan Muğanlı-İsmayıllı-Qəbələ yolu II texniki dərəcəyə uyğun və 76.8 km uzunluqda olacaq. Bu isə əvvəlkinə nisbətən 9.7 km qısadır. Mövcud 2 zolaq genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Təmir-tikinti işlərinin tam olaraq, 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.