İsmayıllı rayonunda turizm mərkəzi açılıb. Bu haqda ShimalNews 4 noyabr tarixində Report-a istinadən məlumat verir.

Sulut kəndindəki mərkəzin açılışında turizm sektoru və media nümayəndələri, blogerlər, yerli bələdçilər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd kənd turizmini inkişaf etdirmək, turistləri kəndin tarixi və onun ətrafında yerləşən tarixi abidələrlə tanış etməkdir.

Sulut dağ kəndi İsmayıllı rayonundan 45 km aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşir.