İsmayıllıda həndbol idman növü üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 4 noyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə təhsil müəssisələrinin şagird və tələbələri arasında Olimpiya İdman Kompleksində baş tutub. E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey 1-ci yeri, A.Məmmədov adına İsmayıllı rayon Diyallı kənd tam orta məktəbi 2-ci yeri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə İsmayıllı rayon Qurbanəfəndi kənd tam orta məktəbi isə 3-cü yeri qazanıb.
Qalib komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomla mükafatlandırılıblar.