2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba yolu yararsız vəziyyətdədir. Bu haqda ShimalNews 3 noyabr tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, yol boyu çoxlu sayda çuxur var. Buna səsəb TIR və iri tonajlı yük maşınlarının bu yol ilə hərəkət etmələridir.
“Yol o qədər baxımsız haldadır ki, bəzi yerlərlərdə çuxurların dərinliyi artıq 1 metrə çatır. Buna görə də altı aşağı olan maşınlar buradan keçə bilmir. Dəfələrlə Bələdiyyəyə şikayət və müraciət etmişik. Lakin məsələ hələ də həllini tapmayıb” – deyə vətəndaş bildirib.