Xaçmazda dünən ağır qətl törədən şəxs saxlanılaraq ibtidai istintaqına başlanılıb. Bu haqda ShimalNews 3 noyabr tarixində Prokurorluğa istinadən məlumat verir.
Hadisə noyabrın 2-si saat 17:00 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində baş verib. Avtomobil yolunun kənarında əvvəllər məhkum olunmuş 36 yaşlı Samir Alxasovun meyiti tapılıb.
Polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Oruc Nəsrullayev saxlanılıb.
Hazırda ibtidai istintaq davam edir.