Qusar şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları və zəruri profilaktikası” mövzularında tədbir keçirilib. Bu barədə ShimalNews 3 noyabr tarixində xəbər verir.

Rayon Polis Şöbəsinin təşəbbüsü ilə keçirilən görüşdə qurum rəisi Azər Əfəndiyev, İcra Hakimiyyətinin məsul işçisi Kamran Sədullayev və Rayon Mərkəzi Xəstəxanasının həkimi Nadir Ağacanov iştirak ediblər.

Sonra şagirdlərin çoxsaylı sualları cavablandırılıb.