Qusar şəhərində basketbol üzrə təlim-məşqlər keçirilib. Bu haqda ShimalNews 3 noyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilən tədbir 6 saylı tam orta məktəbin idman zalında təşkil edilib. Təlimdə 30 nəfər idmançı iştirak edib.

Basketbol üzrə məşqçi müəllimlərin iştirakı ilə keçirilən toplantının məqsədi bu idman növünə marağın artırılması və rayonda inkişaf etdirilməsidir.