Qubada qəza əhalinin internet təminatında fasiləyə səbəb olub. Bu haqda ShimalNews 3 noyabr tarixində məlumat verir.

Hazırda “City Net” provayderinin 2000-dən çox abonenti çətinliklə qarşılaşıb. Buna səbəb yük avtomobilinin M.P.Vaqif küçəsində rabitə və elektrik xətlərini zədələməsi olub. Nəticədə 8 ədəd dirək aşıb.

Bildirilib ki, bu gün qəzanın fəsadları aradan qaldırılacaq.

Bu cür hal artıq ikinci dəfədir təkrarlanır. Adıçəkilən küçədə yük avtomobilləri intensiv hərəkət edir. Burada olan xətlər isə daha çox yüksəklikdən aparılmalıdır ki, bu cür qəzalar təkrarlanmasın.