Qubada tələbələr “Əbədi qəhrəmanlar” adlı ağacəkmə aksiyasında iştirak ediblər. Bu haqda ShimalNews 3 noyabr tarixində məlumat verir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə həsr edilən tədbir “Yaşasın Azərbaycan” layihəsi çərçivəsində 8 Noyabr – Zəfər gününün təntənəli şəkildə qeyd edilməsi məqsədilə təşkil olunub.

Aksiyada Quba-Xaçmaz RGİİ-nin rəisi Nəcəf Novruzov, ADPU Quba filialının direktoru Yusif Alıyev, Quba RİH-nin məsul əməkdaşı Arif Nəbiyev, Vətən müharibəsi şəhidi kapitan Aqil Məlikovun övladları, qazilər, müəllimlər, tələbə-gənclər və könüllülər iştirak ediblər.

 

Aksiya çərçivəsində Aqil Məlikov, Surxay Mehdiyev, Nuran Mirzəyev və Şahin Allahyarovun xatirəsini əbədiləşdirmək üçün adlarına ağac əkilib.