İsmayıllı rayonunda konsert proqramı keçiriləcək. Bu haqda ShimalNews 3 noyabr tarixində RİH-yə istinadən məlumat verir.

Musiqili tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində baş tutacaq. Konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri Elgiz Əliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Könül Xəlilzadə və tanınmış müğənni Çinarə Məlikzadə çıxış edəcəklər.

Proqram noyabrın 6-sı saat 15:00-da İsmayıllı şəhər Heydər Əliyev adına Mərkəzi Meydanda start alacaq. Tədbirə hər kəs dəvətlidir.