Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə məşqlər keçirilir. Bu haqda ShimalNews 2 noyabr tarixində məlumat verir.

Yeniyetmələrin sağlam ruhda böyüməsi üçün 5 yaşdan yuxarı qız və oğlanlar fürsətdən istifadə edə bilərlər. Dərslər ödənişsiz şəkildə beynəlxalq dərəcəli məşqçi Məhəmməd Əlipaşayev tərəfindən təşkil olunur.

Əlavə məlumat üçün 070 529 01 23 nömrəsi ilə əlaqə saxlamaq olar.