Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında gənclər arasında “25-ci kadr – kinoMƏNlərin intellekt savaşı” adlı turnir keçirilib. Bu haqda ShimalNews 2 noyabr tarixində məlumat verir.

Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125 illiynə həsr olunub.

Layihənin məqsədi kinomuzun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

Bütün regionda seçim turlarının qalibləri noyabrın 4-də Quba rayonunda keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcəklər.