Qusarda məktəb tikintisi ilə bağlı tender yekunlaşıb. Bu barədə ShimalNews 2 noyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.
Cibir kəndində 264 şagird təhsil alacaq. Məktəbin tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Məlumata görə, tenderin qalib şirkəti “The Best Constructions” MMC olub. İşlərin icrası üçün 3.334.057 manat ödəniləcək.