Quba rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu haqda ShimalNews 2 noyabr tarixində məlumat verir.
Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib. Burada dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl “Soyqırımı Memorial Kompleksi” ziyarət olunub, ağacəkmə aksiyası keçirilib, təşkil olunmuş sərgi ilə tanışlıq olub.