İsmayıllıdan olan şəxs camaatdan saxtakarlıqla pul yığır. Bu haqda ShimalNews 2 noyabr tarixində Bizim.Media-ya istinadən xəbər verir.

Bir müddət öncə Sumqayıtda 13 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Ağır xəsarətlər alan Aslan Əliyev bir həftədən çoxdur ki, reanimasiya şöbəsində müalicə alır.

Uşağa dəstək məqsədilə kart hesabları açılmışdır. Lakin xərclər dövlət tərəfindən qarşılanıb və bu səbəbdən kart ləğv edilib.

Hazırda isə Aslanın fotosundan istifadə edən şəxs Kapital Bank kartını paylaşaraq pul yığır. Bununla bağlı artıq polisə müraciət olunub.