Xaçmazda saxlanılan hərbi komissar Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesinin istintaqı başlayıb. Bu haqda ShimalNews 1 noyabr tarixində “Qafqazinfo”ya istinadən xəbər verir.

Keçmiş hərbi komissar özünü təqsirli bilməyib: “İttihamda yazılanlarla əlaqəm yoxdur. Mən heç kimdən rüşvət almamışam”.

Proses noyabrın 20-də davam edəcək.

Daha öncə R.Ağayevin işlədiyi müddətdə çağırışçıdan 8 min manat pul tələb edib, məbləğin 5 min manatını rüşvət alması haqqında xəbər vermişdik.