Xaçmazda ətrafı zibilləyən vətəndaş ona irad bildirən xadiməyə qarşı xoşagəlməz münasibət göstərib. Bu haqda ShimalNews 1 noyabr tarixində Saleh Nəsirovun sosial şəbəkələrdə bölüşdüyü məlumata istinadən xəbər verir.

Təqdim edilən görüntülər N.Nərimanov prospektində qeydə alınıb. “VAZ” markalı avtomobilin sürücüsü yerə zibil atıb. O. həmin vaxt ərazidə təmizlik işləri görən və ona iradını bildirən qadınla mübahisə edərək, onu təhdid və təhqir edib. Sonra isə avtomobili ilə uzaqlaşıb.

Daha öncə Xaçmaz Şəhər İƏD-nin natəmizlik yaradan sakinlərin məsuliyyətə cəlb ediləcəyi haqda xəbərdarlığından məlumat vermişdik.