Bu gün Vətən müharibəsi şəhidi Yaşar Xudayevin 3-cü mövlududur. Bu haqda ShimalNews 1 noyabr tarixində məlumat verir.
Yaşar Əli oğlu Xudayev 1999-cu il noyabrın 1-də Quba rayonunun Dağlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub və sentyabrın 27-də şəhid olub. O, Quba şəhərində dəfn olunub.
Qrup komandiri olan Yaşar “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları və Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.