Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib. Bu haqda ShimalNews 1 noyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə təşkil edilən tədbirdə RİH başçısı İlqar Mahmudov, qurumun məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nin İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Aksiya Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.