Qubada Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib. Bu haqda ShimalNews 1 noyabr tarixində Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) istinadən məlumat verir.

Mərkəzdə keçirilən toplantı zamanı qurumun direktoru Dəyanət Orucov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib. Tədbir çərçivəsində bir çox mövzulara toxunulub ki, onların arasında yeni subsidiya siyasəti də olub. Qeyd edilib ki, bu, kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur.