Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ödənişli olduğu halda sürət limiti artırılmayıb. Bu haqda ShimalNews 1 noyabr tarixində məlumat verir.
Ekspertlərin fikrincə, ilk növbədə yolun keyfiyyəti və ondan istifadə edən nəqliyyat vasitələrinin yararlı vəziyyətdə olması lazımdır. Hazırda isə avtomobillərin çoxu köhnədir. Bu məsələlər həll edildikdən sonra sürət 110 km. saat həddindən artırıla bilər.
Sürücülər bildirirlər ki, yolun kənarları torla əhatə olunmasına baxmayaraq, burada təhlükə mənbələri var. Burada xırdabuynuzlu heyvanlar, itlər, tülkülər və hətta kənar şəxslərin yola daxil olduğu hallar baş verir.
Hazırda ərazidə nəzarət kameraları olmasa da, müvafiq lövhələr var. Gələcəkdə texniki avadanlıqlar da quraşdırılacaq.
Dünya təcrübəsinə əsasən, bir sıra ölkələrdə qəbul olunan maksimal sürət həddi və pullu yolların sürət həddi fərqlənir. Bu göstərici 130-160 km. saat təşkil edir.