Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə və ilkin test imtahanı keçirir. Bu haqda ShimalNews 1 noyabr tarixində məlumat verir.

Xaçmaz regional bölməsinin inzibati binasında bu günə qədər 19 namizəd müsabiqədə iştirak edib. Onların  ümumi intellekt səviyyəsi 1 saat ərzində yoxlanılıb və dərhal sonra nəticələr açıqlanıb. Minimum 40% nəticə göstərənlər təlimlərdə iştirak edəcəklər.

Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.

Oktyabrdan başlanan müsabiqə və ümumi prosesin yanvar-fevral aylarında yekunlaşdırılması nəzərdə tutulub.