Xaçmazdan olan şəhid Tural Ağcabəyovun 40 mərasimi keçirilib. Bu haqda ShimalNews 31 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Mərasimdə rayon başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Tural Ağcabəyov Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zivəsinə uçalıb. O, Vətən müharibəsi iştirakçısı da olub. Döyüşlərdə göstəridyi şücaətlərə görə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Qəhrəman döyüşçü, həmçinin 2022-ci ilin sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısını alan hərbi qulluqçularımızdan olub.