Mərc oyunlarının ölkəmizdə reklamını aparan Qusar rayonunda anadan olan şəxs saxlanılıb. Bu haqda ShimalNews 31 oktyabr tarixində Patrul.az-a istinadən məlumat verir.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı məlum olub ki, lisenziyası olmayan “Mostbet” saytına aid şəkilləri Cabir Əsədov (ad-soyad şərti) öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb.
Təqsirləndirilən şəxs etiraf edib. Məhkəmənin qərarı ilə 30 yaşlı kişi təqsirli bilinib və 500 manat cərimə edilib.
Qumar oyunlarının sosial şəbəkələrdə təbliğatını aparan daha 2 nəfər saxlanılıb. Onların hər birinin barəsində 30 sutka həbs qərarı verilib.
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Mostbet”i reklam edən şəxslərə qarşı nəzarəti aktiv şəkildə gücləndirib və bu istiqamətdə kütləvi tədbirlərin görüləcəyini bildirir.