Qusar Olimpiya İdman Kompleksində gimnastların təlim-məşqləri keçirilib. Bu haqda ShimalNews 31 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilən gimnastika idman növü üzrə təlimə 15 gimnast qatılıb. Məşqçi Fatimə Qurbanovanın rəhbərliyi ilə keçirilən təlim-məşqin məqsədi uşaq və yeniyetmələr arasında bu idman növünə marağın artırılması və inkişaf etdirilməsidir.

Tədbir Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə Gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.