Qubanın Səbətlər kəndi qazlaşdırılmır. Bu barədə ShimalNews 30 oktyabr tarixində Baku TV-yə istinadən məlumat verir.

1500 nəfərə yaxın sakinin yaşadığı kənd rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşir. Vətəndaşlar bildirirlər ki, meşədən odun gətirib və ya maşınlarla alıb, onu yandıraraq evlərini qızdırırlar. Bu isə onlara 900 manatadək başa gəlir:

“Armud ağacını kəsmişəm, odun almağa imkanım yoxdur. Qaz olsa, belə əziyyət çəkmərik”, – kənd sakini deyib.

Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, sözügedən kəndin qazlaşması 2024-cü ilin kapital qoyuluşu planına daxil edilib. Yəni növbəti ildə bu kəndin daşıyıcı qaz xəttinin çəkilməsi nəzərdə tutulur.